STEKON İqlimləndirmə loqosu

PARALEL FANLI TERMİNAL QURĞUSU FDV

FDV

Əsas qurğu, şərtləndirilmiş (primer) hava girişində motorlu damper, axın sensoru, motorlu fan və müvafiq idarəetmə avadanlıqlarından ibarətdir. Bu qurğularda primer hava və fan hücrəsi bir panel ilə bir-birindən ayrılmışdır. Fanın üfürmə ağzı primer hava hücrəsinə geri axın əngəlləmə damperi ilə bağlıdır. Aksesuar olaraq; isitmə qurğuları (sulu və ya elektrik tipli), filtr, giriş və/və ya çıxışda istifadə edilə biləcək susdurucular təmin edilə bilər

İşləmə prinsipi

Termostatdan alınan siqnalın vəziyyətinə görə idarəetmə cihazı şərtləndirilmiş (primer) havanın girişi üzərindəki damper motoruna siqnal ötürür və bu siqnal ilə, hərəkətverici motor damperin açılış mövqeyini dəyişdirərək lazımi miqdarda soyutma havasının qurğu içərisinə daxil olmasını təmin edir. Qurğu içərisindəki fan yalnız isitmə tələbatı olduqda işə düşür və asma tavan içərisinə alınan, oradan qurğu içərisinə sorulan ilıq geri dönüş havası, minimum dəyərə enmiş olan primer hava ilə qarışaraq diffuzorlar vasitəsilə məkana ötürülür. Soyutma (primer) havasının artmağa başlaması vəziyyətində fan dövrədən çıxır və üfürülən hava miqdarı artırılaraq və ya azaldılaraq məkanda soyutma aparılır. İsitmə vəziyyətində primer hava minimum dəyərdədir və fan işləyir. Asma tavan arasındakı ilıq hava məkanının isitmə tələbatını qarşılaya bilməyəndə isidici işə düşür.

Ümumi Tətbiqlər

Tək kanallı dəyişən debili terminal qurğusu olaraq xarici zonalarda isitmə-soyutma tələbatını qarşılamaq üçün istifadə olunurlar. Məkanlarda dəhlizlərə yaxın bir hissədə asma tavan içərisində quraşdırılaraq daxili hissələr asma tavan içərisindəki isti havanın alınıb xarici zonalarda isitmə üçün istifadə edilməsi ilə istismar iqtisadiyyatı təmin edilir.

PARALEL FANLI TERMİNAL QURĞUSU FDV

Kataloglar ve Araçlar