STEKON İqlimləndirmə loqosu
Bloq

Hava Keyfiyyətini Artırmaq Üçün Yüksək İnduksiyalı Diffuzor İstifadəsi

13 aprel 2024
Hava Keyfiyyətini Artırmaq Üçün Yüksək İnduksiyalı Diffuzor İstifadəsi

HAVA KEYFİYYƏTİNİ ARTIRMAQ ÜÇÜN YÜKSƏK İNDUKSİYALI DİFFUZOR İSTİFADƏSİ

İsitmə rejimində işləyən tavan tipli hava paylama sistemlərində, havalandırma performansını artırmaq adətən çətindir. Bunun əsas səbəbi, isti təchizat havasının müsbət qaldırma qüvvəsi səbəbindən aşağıya doğru yayılmaqda çətinlik çəkməsidir. Bundan əlavə, qarışdırmalı hava paylama sistemlərində isitmə, adətən soyutmaya nisbətən daha aşağı hava axınları və mühit temperaturundan təxminən 10°C daha yüksək təchizat havası temperaturları ilə işləmək üçün nəzərdə tutulur. Bu vəziyyət, xüsusilə qış aylarında arzuolunmaz termal təbəqələşmə (stratifikasiya) və qeyri-kafi hava paylanması kimi problemlərə səbəb olur.

ASHRAE Standardı 62.1-ə görə, bir havalandırma sisteminin səmərəliliyi, təmiz havanın yaşayış zonasına (occupied zone) nə qədər effektiv şəkildə çatdırıla bilməsi ilə ölçülür. Bu baxımdan, hava paylama effektivliyi aşağı olan sistemlər həm rahatlığı azaldır, həm də enerji səmərəsizliyinə səbəb olur.

Bu problemlərə yönəlmiş bir çox həll yolu mövcud olsa da, yüksək induksiyalı swirl (burulğanlı) diffuzorların istifadəsi, həm mövcud sistemlərlə asan inteqrasiya təmin edə bilməsi, həm də maliyyət baxımından sərfəli olması səbəbindən önə çıxır.

Yüksək induksiyalı diffuzorlar, havanı tavana paralel bir burulğan hərəkəti ilə mühitə ötürür. Bu sirkulyasiya hərəkəti sayəsində, atış məsafəsi ənənəvi diffuzorlara nisbətən daha qısa olurkən, tavana yaxın bölgədə daha çox otaq havası induksiya edilir. Beləliklə, yaşayış sahəsində hava daha homogen qarışır, termal təbəqələşmə azalır və hava paylama effektivliyi artır.

Bu diffuzorların sahədəki performansı, təmsilçiliyini etdiyimiz Price Industries firmasının Predict mühəndislik komandası tərəfindən Quebecdə inşa edilən yeni bir ibtidai məktəb layihəsində test edilmişdir. Komanda, isitmə rejimində hava paylama sisteminin performansını qiymətləndirmək məqsədilə, məktəbdəki tipik bir 567 kvadratmetrlik sinif üçün ətraflı bir hesablama axışqanlar dinamikası (CFD) analizi həyata keçirmişdir.

İlk dizaynda (Şəkil 1), pəncərə önlərinə yerləşdirilmiş induksiyası yüksək olmayan slot diffuzorlara əlavə olaraq, sinifin mərkəzinə yerləşdirilmiş iki ədəd swirl diffuzor istifadə edilmişdir. Bu tənzimləmə ilə daxili mühitdə daha homogen bir temperatur paylanması təmin edilmiş və yaşayış bölgəsinə daha effektiv təmiz hava ötürülməsi hədəflənmişdir.

Foto 1

Şəkil 1. İlk dizaynın CFD sinif modeli

İlk dizayna dair CFD nəticələri, otaqda yüksək termal təbəqələşmə (Şəkil 2-də göstərilir) və yaşayış (tənəffüs) bölgəsində aşağı hava paylama effektivliyi göstərdi.

Foto 2

Şəkil 2. Üst-üstə qoyulmuş sürət vektorları ilə ilk dizaynın temperatur profili

Şəkil 3-dəki hava modellərinə baxdığımızda, sistemin yaşayış sahəsinə doğru hava hərəkəti yaratmasına baxmayaraq, isti təchizat havasını yaşayış sahəsinə kifayət qədər qarışdırmağın yetərli olmadığını görə bilərik.

Foto 3

Şəkil 3. Üst-üstə qoyulmuş sürət vektorları ilə ilk dizaynın sürət profili

Komandanın yekun dizaynında, slot diffuzorlar sistemdən çıxarılmış və ümumi hava axınının hamısı, hava qarışığını optimallaşdıracaq şəkildə yenidən yerləşdirilən swirl diffuzorlar vasitəsilə mühitə paylanmışdır.

Bu optimallaşdırılmış yerləşdirmə nəticəsində; sinif içində daha homogen bir temperatur paylanması (Şəkil 4), nəzərəçarpacaq dərəcədə azalmış termal təbəqələşmə və əhəmiyyətli səviyyədə artmış regional hava paylama effektivliyi əldə edilmişdir. Bu da istifadəçi rahatlığında gözə çarpan bir yaxşılaşma təmin etmişdir.

Foto 4

Şəkil 4. Optimallaşdırılmış dizaynın üst-üstə qoyulmuş sürət vektorları ilə temperatur profili

Şəkil 5-ə baxıb şəkil 3-ü müqayisə etsək, vəziyyətin niyə belə olduğunu anlaya bilərik. Optimallaşdırılmış dizaynda əlavə hava axını ilə birlikdə diffuzorların yerləşdirilməsi daha çox hava hərəkəti yaradır və təchizat havasının işğal edilmiş bölgəyə daha da dərin nüfuz etməsinə imkan verir.

Foto 5

Şəkil 5. Optimallaşdırılmış dizaynın üst-üstə qoyulmuş sürət vektorları ilə sürət profili

Bu iş, yalnız isitmə rejimində swirl diffuzorların effektivliyini deyil;

  • Diffuzorların doğru axın aralıqlarında dizayn edilməsinin hava paylanmasına müsbət/mənfi təsirlərini,
  • İstifadə olunan slot diffuzor olsa da, başqa hər hansı bir diffuzor olsa da bu avadanlıqların yüksək induksiyalı olmasının üstünlüklərini,
  • CFD analizlərinin fərqli dizayn edilmiş sistemləri tamamilə simulyasiya edib sizə ən sağlam hava paylama sistemi seçilməsində nə qədər faydalı olduğunu göstərir.

STEKON olaraq hava paylama həllərində tədarük etdiyimiz və istehsal etdiyimiz yüzlərlə fərqli diffuzor sistemlərindən ən uyğununu sizin ssenarinizə görə müəyyənləşdirib uyğun şəkildə qiymətləndiririk.

Mənbə: Price Industries

Stekon akedemi logo